Türk PUA-larını dayandırmalıyıq, əks halda...


Türkiyə Yunanıstanın hava məkanını pozmağı vərdiş halına gətirdi. Biz buna imkan verməməliyik.

Turkustan.azxəbər verir ki, bunu yunan aparıcı İoannis Theodoratos Türkiyə PUA-larından danışarkən deyib.

Theodoratos ölkəsinin təcili olaraq türk PUA-larını vura biləcək hərbi texnika alması lazım olduğunu bildirib.

Türkiyənin Egey və Şərqi Aralıq dənizində Yunanıstana açıq şəkildə meydan oxuduğunu ifadə edən Teodoratos qeyd edib:

"Türkiyə Hərbi Hava Qüvvələri və Dəniz Qüvvələri tərəfindən qanunsuz pozuntular var. Kim bilir, gələcəkdə daha nələr görəcəyik".

Yunanıstan Hərbi Hava Qüvvələrinin inventarında olan F-16 döyüş təyyarələrinin özünümüdafiə baxımından ciddi çatışmazlıqları olduğunu etiraf edən Teodoratos ölkəsinin Fransadan aldığı "Belharra" sinifli freqatların elektron döyüş sistemlərinə sahib olmadığını söyləyib:

"Sizə xatırlatmalıyam ki, "Belharra" sinifli freqatlar elektron döyüş sistemi olmadan alınıb. Bu, belə davam edə bilməz. Əgər bu gün quruda, dənizdə və hava platformalarında elektron müharibə gücünə malik olmasanız, müharibəni paltardəyişmə otağında uduzacaqsınız". /axar.az/


MANŞET XƏBƏRLƏRİ