“Əmir Teymur erməni olub” – Ermənilərdən növbəti absurd iddia


Ermənilər Teymurilər dövlətinin banisi, türk və dünya tarixinin ən qüdrətli hökmdarlarından Əmir Teymurla bağlı növbəti absurd iddia irəli sürüblər.

Turkustan.az xəbər verir ki, bu barədə Gaqik Artsruni adlı erməni müəllif yazıb.

O iddia edib ki, rus tarixşünaslığında Əmir Teymurun erməni olması ilə bağlı məlumat var.

“Teymur öz paytaxtı Səmərqənd şəhərinin tikintisini ermənilərə həvalə etdi. Ermənilər Teymurun nəhəng imperiyasında maneəsiz ticarət edə bildilər”, – Gaqik Artsruni yazıb.

Qeyd edək ki, Əmir Teymurun fizioloji quruluş olaraq türklərə bənzəməsini əksər tarixçilər təsdiq edirlər. Onun yaratdığı dövlət mahiyyət və quruluş etibarilə türk-islam imperiyası idi.

Bundan başqa, Əmir Teymur fəthlərinin bir sıra dönəmlərində ermənilərə qarşı amansızlığı ilə seçilib. Onun Sivasa hücum zamanı 4 min ermənini diri-diri basdırması bu gün əksər tarixi mənbələrdə qeyd edilir. (Globalinfo.az)


MANŞET XƏBƏRLƏRİ