Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin Ukraynaya xəyanət etdiyini və Ukrayna xalqının etibarından istifadə etdiyini bildirərək, "Ukraynalılar Qərbə güvənirdi. Qərb onları kinli şəkildə aldatdı" dedi.
Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada cari məsələlərlə bağlı həftəlik mətbuat konfransı keçirib.
Rusiya ilə Ukrayna arasında gizli sülh danışıqlarının aparıldığı və İngiltərənin Rusiya ilə sülh danışıqlarında Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq etdiyi iddiaları ilə bağlı sualı cavablandıran Zaxarova bu mövzuda heç bir məlumatı olmadığını bildirib.
Zaxarova deyib: "Bu, Qərbdəki bəzi elit qrupların gizli istəyi ola bilər. Bəlkə bununla sülh prosesini təşviq etmək istəyirlər. Ola bilsin ki, özlərini sülhməramlı tərəf kimi təqdim etmək üçün informasiya mühitində əsaslandırma yaratmaq istəyirlər”.
NATO-nun Ukraynaya təyyarə göndərilməsi məsələsinə də toxunan Zaxarova, "Ukrayna ordusunun tərəfində qarşıdurmalarda iştirak edən döyüş təyyarələri Rusiya Silahlı Qüvvələri üçün məhv ediləcək qanuni hədəflərdir" deyib.
Zaxarova bildirib ki, Rusiya ilə NATO arasında birbaşa münaqişə riski artır.
Eltac/Turkustan.az