Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna ilə bağlı məqsədlərinə ilk növbədə siyasi və diplomatik yollarla nail olmağa üstünlük verdiyini, Qərb və Kiyevin bu üsullardan imtina edəcəyi təqdirdə “xüsusi hərbi əməliyyatın davam edəcəyini” bildirib.
Turkustan.az xəbər verir ki, Peskov jurnalistlərin Kiyevin Qərbin Ukraynaya yardımını azaltmasını nəzərə alaraq Moskvaya danışıqlar təklif edib-etməməsi ilə bağlı sualını cavablandırıb.
Yardım və danışıqların bir-biri ilə əlaqəli olmadığına diqqət çəkən Peskov, "Bir daha təkrar edirəm, bizim üçün əsas olan hədəflərimizə çatmaqdır. Təbii ki, bu məqsədlərə siyasi və diplomatik yollarla nail olmaq daha məqsədəuyğundur. Nə zaman Qərb və ukraynalılar bu üsulları rədd edir, sonra xüsusi hərbi əməliyyat davam edir” dedi.
ABŞ administrasiyası Konqresdən Ukraynaya yardım üçün əlavə büdcə tələb etdi və bu yardımın təsdiqi qeyri-müəyyən olaraq qalarkən, bu yardıma bəzi etiraz səsləri də yüksəldi. ABŞ mətbuatında Ukrayna və Rusiyanın gizli danışıqlar apardığı iddiaları da gündəmə gəlib.
Eltac/Turkustan.az