İran Qərb ölkələrinin iqtisadi sanksiyalarına qarşı Rusiya ilə əməkdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qərb ölkələrinin iqtisadi sanksiyalarına qarşı Rusiya ilə əməkdaşlıq müqaviləsi imzaladıqlarını açıqlayıb.
İran dövlət televiziyasının məlumatına görə, Abdullahian Xəzər dənizi ilə həmsərhəd ölkələrin xarici işlər nazirlərinin görüşünə getdiyi Moskvada mətbuata açıqlama verib.
Dünyanın 26 ölkəsinin ABŞ və ya bəzi Qərb ölkələrinin birtərəfli iqtisadi sanksiyalarına məruz qaldığını bildirən Abdullahiyan, “İran 3 il əvvəl ABŞ-ın sanksiyalarına məruz qalan ölkələrlə blok və ya birlik yaratmaq təklifi ilə çıxış etmişdi. ABŞ və ya bəzi Qərb ölkələri. Bu məsələdə Rusiya ilə müqavilə imzalamışıq” dedi.
İranlı nazir qeyd edib ki, sözügedən birliyin yaradılması sanksiyaları neytrallaşdırmaq və sanksiyalara məruz qalan ölkələrin rifah və inkişaf səviyyələrini artırmaq məqsədi daşıyır.
Eltac/Turkustan.az