Yerin ilk 360 dərəcə şəkilləri yayımlandı - FOTO


Çin texnologiya şirkəti ilk dəfə 360 dərəcə kamera ilə kosmosdan yerin şəkillərini çəkib. Görüntülər dünyanın hər yerində insanı valeh edən görüntüləri üzə çıxarıb.

Turkustan.az xəbər verir ki, Çinin texnologiya şirkəti Insta360 kosmosa göndərdiyi 360 dərəcə kamerası ilə Yerin unikal şəkillərini çəkib. 300 mil uzaqlıqda çəkilən fotoşəkillər arasında ulduzlar, Süd Yolu və maqnit sahəsinin təsiri altında olan qorxunc yaşıl işıqlar var.

Çin texnologiya şirkəti Insta360, dünyada ilk olduğunu iddia etdiyi kameranı peyk vasitəsilə kosmosa göndərdi. Kamera bu ilin əvvəlində yanvarın 16-da kosmosa çəkilib. Bir sıra fotoşəkillər Yerdən 300 mil uzaqlıqdakı bir yerdən çəkilib. Kamera ulduzların, Süd Yolunun və Yerin 360 dərəcə görünüşünü çəkib.

Çəkilən görüntülərdə dünyamızı əhatə edən qorxunc yaşıl işıqlar da görünüb. Bu, digər planetlərdə, o cümlədən Marsda da görülə bilən bir hadisədir. Yerin maqnit sahəsindəki enerjili hissəciklər bütün dünyada dəhşətli yaşıl işıqların yaranmasına səbəb olur.

Görüntüləri çəkən Insta360 şirkəti bildirib ki, bunlar kosmosda ilk tam açıq kameralarla çəkilmiş görüntülərdir.

Dünya'nın uzaydan ilk kez 360 derece kamara ile çekilen görüntüleri yayınlandıDünya'nın uzaydan ilk kez 360 derece kamara ile çekilen görüntüleri yayınlandıDünya'nın uzaydan ilk kez 360 derece kamara ile çekilen görüntüleri yayınlandıDünya'nın uzaydan ilk kez 360 derece kamara ile çekilen görüntüleri yayınlandı

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ