Alimlər araşdırdı: Həyatın yaranmasına səbəb olan bu maddə Yerə necə gəlib?


Kioto Universitetinin tədqiqatçıları Yerdə həyatın yaranmasına səbəb olan azotun yerdənkənar mənşəli olduğunu müəyyən ediblər.

Turkustan.az xəbər verir ki, alimlərin araşdırmalarınnı nəticələri "Nature Astronomy" jurnalında dərc olunub.

Azot Yerin əmələ gəlməsi zamanı Günəş sistemində nadir bir maddə rolunu oynayıb. Alimlər deyir ki, asteroid mikrometeoroidləri Yerdəki azot mənbəyi ola bilər. Bunu sübut etmək və ya təkzib etmək üçün müəlliflər Ryuqu asteroidinin səthindən nümunələrdə maqnetit qranullarını tədqiq edib və onların səthində azot birləşmələri aşkarlayıblar.

Ryuqu Yerə yaxın asteroiddir və orbiti həm Yerin, həm də Marsın orbitləri ilə kəsişir. Asteroidin analizinin nəticələri azotun Yerə Günəş sisteminin xarici regionlarından gətirildiyini göstərib. Günəş küləyi hissəciklərinin və mikrometeorit təsirlərinin təsiri altında süxurda kimyəvi reaksiyalar baş verir, bu zaman sabit azot birləşməsi - dəmir nitrid əmələ gəlir. /publika.az/


MANŞET XƏBƏRLƏRİ