Xoşbəxt olmaq üçün nə qədər pul lazımdır? – ABŞ-də keçirilən sorğunun nəticələri


Xoşbəxtliyi pulla satın almaq mümkündür? Əsrlər boyu verilən bu sual öz cavabını tapıb.

Turkustan.az xəbər verir ki, ABŞ-də yerləşən “Empower” tədqiqat şirkəti insanlara bu sualla müraciət edib.

Amerikalıların 60 faizi pulun xoşbəxtlik gətirəcəyinə inanır. Xoşbəxtlik üçün lazım olan pulun miqdarının isə ən azı 1 milyon dollar olduğunu deyiblər.

Hər 10 nəfərdən 7-si pulun bütün problemlərin həll edəcəyini söyləyib. Amerikalıların yaxşı maaş gözləntisi ildə orta hesabla 285 min dollardır. Y nəslində bu rəqəm 500 mini keçir. Ən aşağı gözlənti isə illik orta hesabla 130 min dollar ilə x nəslinə aiddir.

Anketə qatılanlar xoşbəxtliyin borcsuz yaşam və gündəlik lüks xərclərdə görür. /sfera.az/


MANŞET XƏBƏRLƏRİ