Məşhur müğənninin yeni evi göz qamaşdırır! Hər şeyi var


Britaniyalı müğənni Robbi Uilyams Florida ştatının Mayami şəhərində 30 milyon funt-sterlinq (təxminən 1,3 milyard türk lirəsi) dəyərində ultra lüks dənizkənarı malikanə alıb.

Turkustan.az xəbər verir ki, ABŞ mətbuatının yazdığına görə, 51 yaşlı sənətçi və həyat yoldaşı Ayda Fild tezliklə yeni evlərinə köçəcəklər.

Köşkün dəbdəbəli detalları insanı heyran edir. Yeddi yataq otağı, böyük 18 avtomobillik qaraj, şərab zirzəmisi və şəxsi dok var. Robbi Uilyamsın evin daxili dekorasiyası, təmiri və ləvazimatlarına əlavə olaraq 4 milyon funt-sterlinq xərclədiyi bildirilir.

Bu hərəkəti ilə Robbi Uilyams da Los-Anceleslə əlaqələrini kəsib. Keçən il o, Hollivud malikanəsini 51,6 milyon funta sataraq ciddi gəlir əldə edib. 18 il məşhur Holmby Hills məhəlləsində yaşayan sənətçi indi Mayamidə yaşayacaq.

Robbie Williamsın 1,3 milyardlıq malikanəsi! İçəridə hər şey

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ