Bazarda satılan xərçəng qablaşdırmada canlandı - FOTO


Çində bazarda paket halında satılan xərçənglərdən biri canlanıb. Həmin anın görüntüləri məhsullara təsadüfən baxan müştəri tərəfindən saniyə saniyə lentə alınıb.

Turkustan.az xəbər verir ki, ən çox dəniz məhsullarının istehlak edildiyi ölkələrdən biri olan Çində qeydə alınan görüntü böyük təəccüb yaradıb. Alış-veriş üçün bazara gedən vətəndaş içərisində xərçəngkimilər olan şkafla rastlaşıb. Bu zaman müştərinin onu almasını gözləyən paketdəki xərçənglərdən biri qəfil tərpənməyə başlayıb.

Həmin anları əbədiləşdirmək istəyən vətəndaş mobil telefonunu çıxararaq, yaşadığı bu maraqlı hadisəni əbədiləşdirib. Sosial şəbəkələrdə paylaşılan video qısa zamanda ən çox baxılan videolardan birinə çevrilib.

Markette satılan yengeç, paketin içinde canlandı - Haberler

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ