Amerikada Derek Roza adlı 13 yaşlı oğlan anasını yatarkən bıçaqlayaraq öldürüb. Hadisədən sonra Derek qanlı bıçağın şəklini dostuna göndərib. Anasını öldürdükdən sonra həkim qruplarını çağıran 13 yaşlı uşaq qətli etiraf edib. Prokurorluğun yaydığı kadrlarda Derekin anasını öldürməzdən əvvəl bir müddət onun üzərində dayanaraq nəsə pıçıldadığı görülüb.
Turkustan.az xəbər verir ki, Floridada 13 yaşlı Derek Roza anası İrina Qarsiyanı yatarkən bıçaqlayaraq öldürüb. O, qətldən sonra qanlı bıçağı sosial şəbəkə vasitəsilə dostuna göndərib. Uşaq monitorunun görüntülərində Derekin qətldən əvvəl anasına nəsə pıçıldadığı görünür. Derek həkim qruplarına zəng edərək anasını öldürdüyünü bildirib. İlk ifadəsində anasını öldürmək istəmədiyini, özünü öldürmək istədiyini deyən Derek böyüklər həbsxanasından uşaq həbsxanasına köçürülə bilər.
Eltac/Turkustan.az