Təyyarə yerə çırpıldı: Pilot möcüzə nəticəsində sağ qaldı – VİDEO


ABŞ-da Cessna hava limanına eniş edən təyyarə anqarın damına çırpılıb. Dəhşətli qəzada pilot möcüzəvi şəkildə yüngül xəsarətlərlə xilas olub.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı Cessna hava limanına eniş etmək istəyərkən təyyarə ilk olaraq anqarın damına çırpılıb. Qəzada pilot möcüzəvi şəkildə yüngül xəsarətlərlə xilas olub.

Hadisə dünən saat 14.20 radələrində baş verib. İlk müdaxilə edənlər damda ilişib qalmış pilotu təyyarədən çıxarıblar. Federal Aviasiya Administrasiyasının nümayəndəsi bildirib ki, pilot uçuş və eniş məşqi edərkən gözlənilmədən qəzaya uğrayıb.

Damın içərisində olan təyyarənin burnu da daxil olmaqla, zərərin miqyasını göstərən videoda bir qanadının ciddi şəkildə qırıldığı görünür.

Long Beach Yanğınsöndürmə İdarəsinin nümayəndəsi bildirib ki, şəxsiyyəti açıqlanmayan pilot qəzadan yüngül şəkildə xilas olub və xəstəxanada müalicə olunub. Long Beach hava limanının sözçüsü Kate Kuykendall, KTLA-ya qəzanın hava limanındakı digər uçuşlara təsir etmədiyini söylədi. Yanğınsöndürənlər bildiriblər ki, təyyarə anqarda deşik açdıqdan sonra təxminən 45 gallon yanacaq sızıb. Qəzanın səbəbi hələlik məlum deyil.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ