Meksikada qadın dənizdə çimərkən köpək balığının hücumuna məruz qalaraq ölüb. Onun 5 yaşlı qızı hücumdan xəsarət almadan sağ qalıb.
Turkustan.az xəbər verir ki, Meksikada köpək balığı qadına hücum edib. Gənc qadın ayağından yaralanaraq qan itkisindən dünyasını dəyişərkən, 5 yaşlı qızı isə sağ-salamat xilas olub.
Meksikanın Xalisko əyalətinin Melaque qəsəbəsinə turist kimi gələn qadın 5 yaşlı qızı ilə çimərkən köpək balığının hücumuna məruz qalıb. Şənbə günü baş verən hadisədə qızı ilə sahildən təxminən 25 metr aralıda olan şişmə su parkına tərəf üzərkən köpək balığı 26 yaşlı qadının ayağını dişləyib.
Kiçik oğlanın hadisədən yara almadan xilas olduğu, anası isə sürətli müdaxiləyə baxmayaraq qan itkisindən dünyasını dəyişdiyi bildirilib. Hadisədən sonra səlahiyyətlilər ehtiyat tədbiri olaraq şəhərə və ətraf çimərliklərə girişi qadağan edib.
Eltac/Turkustan.az