Bədbin proqnoz: 2024-cü ildə internet kəsiləcək


Elm adamları insanlara internetlə bağlı bədbin xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, alimlər 2024-cü ilin əvvəlində internetdə kəsilmələr olacağını bildiriblər.

Günəş hər 11 ildə bir dəfə olaraq “günəş maksimumu” mərhələsinə daxil olur. 2024-cü ilə təsadüf edən növbəti mərhələnin həftələrlə davam edəcəyi açıqlanıb.

Alimlər Yer kürəsini gözləyən günəş fırtınalarının çox güclü olacağı barədə xəbərdarlıq edirlər. Çünki bu, planetin hər yerində peyk və internet xidmətlərinə mənfi təsir göstərəcək. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ