Vyetnamda 5 aydır şiddətli başı ağrıyan kişi xəstəxanaya gedib. Kişini yoxlayan həkimlər onun beynində iki Çin yemək çubuğu olduğunu müəyyən ediblər. Həkimlər endoskopik əməliyyatla onun kəllə sümüyünə ilişmiş çubuqları çıxarıblar.
Turkustan.az xəbər verir ki, Vyetnamda baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən kişinin beynində iki çubuq olduğu aşkarlanıb. Onun kəllə sümüyünə ilişmiş çubuqlar cərrahi yolla çıxarılıb.
Vyetnamda aylardır baş ağrısından əziyyət çəkən 35 yaşlı kişi xəstəxanaya gedərkən həyatının şokunu yaşayıb. Həkimlər maye axıntısı və dehidrasiya, həmçinin bağ ağrıları şikayətləri olan kişinin beyin rentgenoqrafiyasını çəkib və onun beynində iki Çin yemək çubuğu olduğunu müəyyən ediblər.
Kişi dərhal endoskopik əməliyyat keçirib və kəllə sümüyünə ilişən çubuqlar burnundan çıxarılıb. Xəstənin vəziyyətinin yaxşı olduğu bildirilərkən, Neyrocərrahiyyə şöbəsinin müdiri Dr. Nguyen Van Man hadisəni "çox nadir" adlandırıb.
Digər tərəfdən həmin şəxs 5 ay əvvəl bir məkanda həddindən artıq sərxoş olan zaman bir nəfərlə dava etdiyini və bu şəxsin onun başına nəsə bıçaqla xəsarət yetirdiyini, lakin nə baş verdiyini xatırlamadığını bildirib.
Eltac/Turkustan.Az