Dəhşətli qətl: Həyat yoldaşı və 2 yaşlı qızı yatarkən kobra ilanı otağa buraxdı


Hindistan dəhşətli qətldən danışır. Odişanın Gəncəm şəhərində baş verən hadisədə arvadını və qızını öldürdüyü iddia edilən kişi həbs edilib.

Turkustan.az xəbər verir ki, bir kişi həyat yoldaşı və qızının olduğu otağa bilərəkdən kobra ilanını buraxıb. İlan sancdığı ana və qızı dünyasını dəyişib.

25 yaşlı şübhəlinin kobranı plastik qabda gətirərək həyat yoldaşı və qızının yatdığı otaqda buraxdığı öyrənilib.

23 yaşlı Basanti Patra və onun 2 yaşlı qızı Debasmita evlərində ölü tapılıb. Məlum olub ki, onlar ilan sancmasından ölüblər.

Polis əvvəlcə hadisəni təbii ölüm kimi qeydə alsa da, dindirilmə zamanı kişinin iyrənc planı üzə çıxıb.

Gəncə şəhər Polis İdarəsinin müfəttişi Caqmohan Meena qeyd edib ki, oktyabrın 6-da baş verən hadisədə həmin şəxsdən əvvəldən şübhələniblər, lakin sübut tapa bilmədiklərinə görə həmin günlərdə həbs etməyiblər.

Qeyd olunub ki, 2020-ci ildə ailə həyatı quran Qaneş və Basanti arasında son günlər mübahisə düşüb və bu fikir ayrılığı qətllə nəticələnib.

Kişinin ilanı 'dini məqsədlər üçün' ilanbazdan aldığı öyrənilib.

Qaneş Patra dindirmə zamanı əvvəlcə ittihamları rədd edib. İlanın otağa özbaşına girdiyini iddia edib. Lakin dindirilmənin sonunda cinayəti törətdiyini etiraf edib.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ