Dünyanın ən böyük aysberqi 30 ildən sonra yerindən tərpəndi


Dünyanın ən böyük aysberqi 30 ildən çox okean dibində ilişib qaldıqdan sonra hərəkətdədir.

Turkustan.az xəbər verir ki, A23a adlı aysberq 1986-cı ildə Antarktika sahil zolağından qopub. Lakin o, tez bir zamanda Ueddel dənizində quruya çırpılaraq buz adasına çevrilib.

A23a səthinin sahəsi təxminən 4 min kvadrat kilometrdir.

Elm adamları son illərdə buz parçasında hərəkət siqnalları aşkar etmişdilər.

Açılan son məlumatlara görə, A23a yenidən Antarktidadan çıxmağa başlayıb.

30 ildən artıqdır ki, hərəkətsiz vəziyyətdə olan A23a-nın qalınlığı 400 metrə çatır.

Alimlərin fikrincə, A23a-nın kütləsi son 35 ildə azalıb.

Beləliklə, nəhəng buz parçası suyun səthində hərəkət edə biləcək qədər yüngülləşdi və kiçik olub.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ