Xankəndidə qorxunc gecə: “200 çılpaq insan bizə tərəf qaçırdı” – VİDEO


“Sentyabrın 25-də partlayış baş verəndə bizim üçün ağır və çətin vəziyyət yaranmışdı. Biz müharibə vəziyyətində işləməyə öyrəşmişdik, amma bu, tamam başqa durum idi”.

Turkustan.az xəbər verir ki, bunu “Pastinfo”ya müsahibəsində Xankəndi xəstəxanasının keçmiş direktoru Mher Musayelyan deyib.

“Dəhşətli gün idi… 200 nəfər tamamilə çılpaq və yanmış insan qışqıra-qışqıra xəstəxanaya daxil oldular. İnsanların içəri girməsinin qarşısını almaq üçün qapının qarşısında dayanmalı olduq. Qapının ağzında insanlara ağrıkəsiciləri verməyə başladıq. Dəhşətli vəziyyət idi”, – o bildirib.

Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində təxminən 200 erməni həlak olub.

Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ