Neftin barel qiyməti 74,75 dollar oldu


Ötən gün 77,65 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 74,30 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün 09,37-də bağlanış vaxtı ilə müqayisədə 0,60 faiz artaraq 74,75 dollar olub. Eyni zamanda, Vest Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 69,78 dollara satılıb.

Turkustan.az xəbər verir ki, neft qiymətləri günə artımla başlayıb. ABŞ Enerji İnformasiya İdarəsi ölkədəki xam neft ehtiyatlarının keçən həftə təxminən 4 milyon 600 min barrel azalaraq 445 milyon barrelə çatdığını açıqladı. Bazar gözləntisi ehtiyatların 594 min barel artacağı idi.

Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da ehtiyatların azalması tələbin artdığını göstərir. Ölkədə ehtiyatların azalması gözləntilərin əksinə olaraq qiymətlərin yuxarıya doğru hərəkətini dəstəkləyir.

Digər tərəfdən, ölkədə benzin ehtiyatlarının təxminən 5 milyon 400 min barrel artaraq 223 milyon 600 min barrelə yüksəlməsi neft qiymətlərinin artımını məhdudlaşdıran amil olub.

Dünyanın ən böyük neft idxal edən ölkəsi olan Çindən gələn zəif məlumat da qiymətlərə təzyiqi artırıb. Gömrük Baş İdarəsi ölkədə xam neft idxalının noyabr ayında keçən ilin eyni ayına görə yüzdə 9 azaldığını açıqlayıb. Ölkədə tələbin azalmasında zəif iqtisadi göstəricilər, yüksək ehtiyatlar və neft emalı zavodlarından gələn sifarişlərin yavaşlaması təsirli olub.

Bildirilir ki, texniki baxımdan Brent nefti üçün 74,80-74,87 dollar aralığına müqavimət, 74,40-74,27 dollar aralığına isə dəstək zonası kimi baxmaq olar.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ