Neftin bir barreli 80,62 dollar oldu


Ötən gün 84,61 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 80,86 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün 09.46-a bağlanış vaxtı ilə müqayisədə 0,30 faiz azalaraq 80,62 dollar olub. Eyni zamanda, Vest Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 75,88 dollara satılıb.

Turkustan.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun dünən keçirilən iclasından sonra neftin qiyməti ucuzlaşmağa başlayıb.

İclasla bağlı verilən açıqlamada qrupun iyunun 4-də keçirdiyi iclasda hasilatın 3,6 milyon barrel azaldılması qərarına sadiq qalacağı bildirilib. OPEC+ ölkələrinin yanvar ayından etibarən tətbiq edəcəkləri hasilat kvotalarının müəyyən edildiyi iclasda açıqlanan ixtisarlar OPEC-in gözlədiyi qiymətlərə təsir etməyib.

OPEC-in verdiyi açıqlamada bəzi üzv ölkələrin gündəlik 2,2 milyon barrel əlavə hasilatı könüllü olaraq azaldacaqları bildirilib. Ekspertlər görüşdən sonra ölkələrin elan etdiyi fərdi kvotaların qiymət artımı üçün yetərli olmadığını və bazarların gözləntilərini qarşılamadığını şərh edib.

Dünyanın ən böyük neft idxalçısı olan Çindən gələn zəif iqtisadi artım məlumatları da qiymətlərə təzyiq göstərir. Elan edilmiş Satınalma Menecerləri İndeksi məlumatları, ölkədəki biznes fəaliyyətinin noyabr ayında aşağı artım göstərdiyini göstərdi.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 80,96 ilə 81,11 dollar arasındakı diapazonu müqavimət, 80,46 ilə 80,36 dollar arasındakı diapazonu isə dəstək zonası kimi izləmək olar.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ