Neftin bir barel qiyməti 81,66 dollar oldu


Ötən gün 82,16 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 81,47 dollarla başa vurub. “Brent” markalı neftin bir barelinin qiyməti bu gün 09,36-da bağlanış vaxtı ilə müqayisədə 0,23 faiz artaraq 81,66 dollar olub. Eyni zamanda Vest Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 76,72 dollara satılıb.

Neft qiymətlərində istiqamət axtarışları davam edir.

Turkustan.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi hasilat ölkələrindən ibarət OPEC+ qrupunun noyabrın 30-na təxirə salınan toplantısı öncəsi qrupun hasilatı daha da azaltacağına dair xəbər axını tədarük narahatlığına səbəb olub.

İlin sonuna qədər bazarlarda təklif tərəfində daralma gözlənilsə də, qrupun hazırkı istehsal azaldılmasına baxmayaraq, gələn ilin birinci yarısında artıq təklifin olacağı gözlənilir. Bu vəziyyət qrupun mümkün addımları ilə bağlı qeyri-müəyyənliyi artırır.

Qara dənizdə fırtına səbəbiylə gündəlik təxminən 2 milyon barel neft ixracının kəsilməsi də qiymətlərin yüksəliş tendensiyasını dəstəkləyib.

Qazaxıstanın Energetika Nazirliyi ölkənin ən böyük neft yataqları olan Tengiz, Kaşaqan və Karaçiqanakda ümumi gündəlik neft hasilatı 27 noyabrdan bəri 56 faiz azaldığını bildirib, çünki fırtına əsas ixracat olan CPC-də (Xəzər Boru Kəməri Konsorsiumu) fəaliyyətini dayandırıb.

Digər tərəfdən, bazarlarda ABŞ Federal Ehtiyat Sisteminin (FED) təxminən 2 ildir davam edən şahin siyasətlərinin sona yaxınlaşdığına dair gözləntilər güclənib.

Dollar indeksi də FED-in gələn ilin ilk yarısında faizləri azaltmağa başlaya biləcəyi gözləntilərinin təzyiqi altında düşüb. Bunun nefti digər valyutalardan istifadə edənlər üçün ucuzlaşdıraraq qısa müddətdə tələbi artıracağı gözlənilir.

Bildirilir ki, texniki olaraq Brent nefti üçün 81,79-82,35 dollar arası müqavimət, 81,23-80,67 dollar arası isə dəstək zonası kimi nəzərdən keçirilə bilər.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ