Neftin barel qiyməti 80,09 dollar oldu


Ötən gün 81,14 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 79,87 dollarla başa vurub. “Brent” markalı neftin bir barelinin qiyməti bu gün 09,52-də bağlanış vaxtı ilə müqayisədə 0,28 faiz artaraq 80,09 dollara çatıb. Eyni zamanda Vest Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 75,05 dollara satılıb.

Turkustan.az xəbər verir ki, ABŞ dollarının digər valyutalara nisbətən ucuzlaşması neftin bahalaşmasına dəstək verir. Dolların zəifləməsinin xarici valyuta istifadəçiləri üçün nefti ucuzlaşdıraraq tələbi artıracağı gözlənilir.

Qlobal neft bazarlarında təklif qeyri-müəyyənliyinin neft qiymətlərinə təsiri davam edir.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun noyabrın 30-na təxirə salınan iclası öncəsi qrupun hasilatın azaldılması ilə bağlı razılığın olub-olmayacağı ilə bağlı qeyri-müəyyənliklər davam edir. OPEC+ qrupunun hazırkı hasilatın azaldılmasına baxmayaraq, bazarda artıq təkliflə bağlı narahatlıqlar qiymət artımını məhdudlaşdırır.

Digər tərəfdən, HƏMAS və İsrailin əsir mübadiləsi və dörd günlük humanitar fasilədən sonra tədarüklə bağlı narahatlıqlar azaldı. Sözügedən humanitar fasilənin 2 gün uzadılması neft qiymətlərinin yüksəlişini ləngitdi.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 80,21-80,26 dollar arası diapazonu müqavimət, 79,93-79,84 dollar arası isə dəstək sahəsi kimi baxıla bilər.

Eltac/Turukustan.az


MANŞET XƏBƏRLƏRİ