Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ


Qazax istiqamətində Azərbaycanla Ermənistan arasında sərhəd dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almatıda erməni həmkarı ilə görüşdən əvvəl bu mövzuda məlumat verib. Nazir bildirib ki, sərhədlər delimitasiyası çərçivəsində ərazilər minalardan təmizlənib, coğrafi koordinatlar dəqiqləşdirilib. Berlindəki danışıqlardan sonra tərəflər sülh sazişi ilə bağlı şərh mübadiləsi aparıblar.

"Qazax istiqamətində Azərbaycanla Ermənistan arasında sərhəd dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır".

Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almatıda erməni həmkarı ilə görüşdən əvvəl bildirib.

Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası çərçivəsində müvafiq ərazilər minalardan təmizlənib, eyni zamanda, coğrafi koordinatlar dəqiqləşdirilib.
Nazir onu da bildirib ki, Berlindəki danışıqlardan sonra tərəflər sülh sazişi layihəsi ilə bağlı şərh mübadiləsi aparıblar. /Bizim.Media


MANŞET XƏBƏRLƏRİ