SON DƏQİQƏ: “Dekabrın sonuna qədər sülh müqaviləsi imzalana bilər”


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya açıqlamasında Ermənistanın dekabrın sonunadək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib.

Turkustan.az erməni mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, Bakının sülh müqaviləsi ilə bağlı təkliflərində hələ də razılaşdırılmamış bir sıra məsələlər üzrə həll yolları tapılıb.

Qriqoryan vurğulayıb ki, Ermənistanın təklif etdiyi münasibətlərin nizamlanması üçün üç əsas prinsip qəbul olunarsa, bu, sülh müqaviləsi mətninin 70%-dən çoxunu razılaşdırmağa imkan verəcək.

“Əgər xarici işlər nazirləri, sonra isə ölkələrin liderləri mümkün qədər tez bir araya gəlsələr, hazırlıqlar bir ay ərzində tamamlana bilər və siyasi iradə olarsa, sülh müqaviləsi imzalana bilər”. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ