Prokurorluq Nəsib Quliyev haqda açıqlama yaydı


1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qurumdan verilən məlumata xəbərə görə, hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Nəsib Quliyevin intihar etməsi faktı ilə bağlı rayon Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

xxx

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyevin intihar etməsi barədə xəbərlər yayılıb.

Turkustan.az xəbər verir ki, bu barədə "news365.az" saytı yazıb.

Məlumata görə, o, özünü güllələyib.

Baş Prokurorluqdan bildirilib ki, qurum hadisə barəsində məlumatlıdır. Araşdırılıb məlumat veriləcək.

Qeyd edək ki, Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub. O, 1994-cü ildən 2021-ci ilə qədər ölkənin baş pediatrı vəzifəsində çalışıb.

Nəsib Quliyev son illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışıb.


MANŞET XƏBƏRLƏRİ