HƏMAS Qahirədə danışıqların başa çatdığını elan etdi


Misirin paytaxtı Qahirədə iki gündür davam edən atəşkəs danışıqları heç bir nəticə verməyib. İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzaya hücumları tamamilə dayandırmaqdan imtina etməsindən sonra HƏMAS danışıqları dayandırıb. HƏMAS nümayəndə heyəti hərəkat liderləri ilə məsləhətləşmək üçün şəhəri tərk edəcək.

Turkustan.az xəbər verir ki, HƏMAS Misirin paytaxtı Qahirədə iki gündür davam edən Qəzzada İsraillə atəşkəs və qarşılıqlı məhbus mübadiləsi danışıqlarının sona çatdığını açıqlayıb.

Misirin paytaxtı Qahirədə İsrail və HƏMAS nümayəndə heyəti arasında iki gündür davam edən atəşkəs danışıqlarıBəyanatla çıxış edən Həmas danışıqların başa çatdığını bildirib. Hərəkatın verdiyi yazılı açıqlamada, "Qahirədə danışıqlar sona çatdı. HƏMAS heyəti hərəkat liderləri ilə məsləhətləşmək üçün şəhəri tərk edəcək".

Nümayəndə heyətinin razılaşma təklifinə verdiyi cavabı Misir və Qətərdəki vasitəçilərə çatdırdığı şərhində razılaşma təklifi və ya cavabın məzmunu ilə bağlı heç bir məlumat paylaşılmayıb.

Misir və Qətərin vasitəçiliyi ilə hazırlanan yeni atəşkəs və qarşılıqlı məhbus mübadiləsi sazişi dünən Qahirədə müzakirəyə çıxarılıb. İsrail HƏMAS-ın atəşkəs təklifinə cavab vermədən Qahirəyə nümayəndə heyəti göndərməyəcəyini və müharibəni dayandırmağa razı olmadığını bəyan edir.

İsrailin yüksək vəzifəli şəxsləri, xüsusilə də Baş nazir Benyamin Netanyahu, Qəzza zolağının cənubunda ən azı bir dəfə məcburi köçkün edilmiş təxminən 1,5 milyon fələstinlinin sığınacaq tapdığı Rəfaha qurudan hücum edəcəklərini təkrarlayırlar.

İsrailin müdafiə naziri Yoav Gallant da Hərbi Nazirlər Kabinetinin iclasında Misir və Qətərin vasitəçiliyi ilə hazırlanan yeni atəşkəs və qarşılıqlı əsir mübadiləsi memorandumunun layihəsini müdafiə edib. Müharibə kabinetinin bütün üzvləri tərəfindən dəstəkləndiyi bildirilən layihə Netanyahunun qeyd-şərtlərinə baxmayaraq təsdiqlənib. Müharibə Nazirləri Kabinetinin iclasından sonra keçirilən geniş kabinet iclasında mümkün sızıntının danışıqlara zərər verə biləcəyindən narahat olaraq layihənin kabinet üzvlərinə təqdim edilməməsinə qərar verilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ