Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi


"Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Turkustan.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin barəsində çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib. /APA/


MANŞET XƏBƏRLƏRİ