Beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, Netanyahu vətəndaşlarından “səbir” istəyib.
Turkustan.az xəbər verir ki, İranla gərginliyin davam etdiyi İsraildə baş nazir Benyamin Netanyahu ölkəsinin həm müdafiəyə, həm də hücuma hazır olduğunu bildirib və vətəndaşlardan “səbirli və soyuqqanlı olmalarını” istəyib.
Baş nazirliyin mətbuat xidmətindən verilən yazılı açıqlamada, Netanyahunun İsrail ordusunun zirehli bölmələrinə aid bazaya baş çəkdiyi və əsgərlərlə görüşdüyü bildirilib.
Netanyahu səfər zamanı verdiyi açıqlamada İsrailin həm müdafiəyə, həm də hücuma hazır olduğunu bildirib.
Qələbəyə doğru irəlilədiklərini iddia edən Netanyahu, "İsrail vətəndaşlarının ayıq-sayıq olduğunu bilirəm və sizdən yalnız bir istəyim var. Səbrinizi və soyuqqanlılığınızı qoruyun" dedi.
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib.
İran və HƏMAS hücumun arxasında İsrailin olduğunu, Tehran isə Tel-Əviv rəhbərliyinə cavab verəcəyini bəyan edib.
Eltac zülfüqaroğlu/Turkustan.az