Kadırov 27 yaşlı qardaşı oğluna orden verdi – “İgidliyə görə”


Çeçenistanın rəhbəri Ramzan Kadırov qardaşı oğlu 27 yaşlı Həmzət Kadırovu “İgidliyə görə” ordeni ilə tətif edib.

Turkustan.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov öz “Telegram” kanalında məlumat verib.

H. Kadırovun təltif edilməsi haqqında sərəncamı Rusiya Prezidenti Vladimir Putin imzalayıb. Lakin mükafatın xüsusilə hansı səbəbdən verildiyi məlum deyil.

Delimxanov öz məlumatında qeyd edib ki, Həmzət Kadırov “xüsusi hərbi əməliyyatın” əvvəlindən çeçen döyüşçülərinə dəstək verməkdə fəal iştirak edib.

Qeyd edək ki, Həmzət Kadırov Çeçenistan baş nazirinin müavini, həmçinin regionun əmlak və torpaq münasibətləri naziri, həmçinin əmisinin təhlükəsizlik blokunda köməkçidir.

Xatırladaq ki, 2023-cü ildə Həmzət Kadırov II dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib, həmçinin, “Çeçenistan Qəhrəmanı” adına layiq görülüb. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ