Daha bir ölkə Fələstini tanıdı


Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb.

Baham adaları Xarici İşlər Nazirliyi tərəfindən edilən bəyanatda, hökumətin "fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi , sosial və mədəni inkişaflarını sərbəst şəkildə həyata keçirmək hüququnu dəstəklədiyi" bildirilib .

Bəyanatda Baham adalarının iki dövlətli həll yolunu dəstəklədiyi və Fələstini bir dövlət kimi rəsmən tanıdığı bildirilib.

Barbados və Yamayka da aprel ayında Fələstini dövlət kimi tanımaq qərarına gəlib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ