Yerdə həyat belə yaranıb – Böyük sirr Qırmızı dənizin dibində açıldı


Qırmızı dəniz Afrika ilə Ərəbistan yarımadası arasında yerləşir, məhsuldar və füsunkar ekosistemə ev sahibliyi edir. Dənizin adı suyun rəngini mavi-yaşıldan qırmızıya dəyişən mövsümi qırmızı yosunlardan gəlir. Qırmızı dəniz həm də inanılmaz dərəcədə məşğul gəmiçilik zolağıdır.

Turkustan.az xəbər verir ki, elm adamları illərdir Qırmızı dənizin dibinə enməyə çalışırlardılar, indi buna müvəffəq olduqdan sonra maraqlı bir kəşfə imza atıblar.

Tədqiqatçılar yeni araşdırmada dənizin dibinin “ölüm hövzələri” ilə dolu olduğunu üzə çıxarıblar. Elm adamları bunlara “ölüm hövzələri” deyirlər, çünki oksigendən tamamilə məhrumdurlar. Sadə dillə desək, yaxınlaşan istənilən canlı ölür və ya öləcək. Salamat qalmağı bacaranlar yaxınlıqda gizlənən yırtıcıların ovuna çevrilirlər.

Bununla belə, təhlükəsinə baxmayaraq, bu “ölüm hövzələri” həyatdan tamamilə məhrum deyillər, əslində heç kimin yaşaya bilmədiyi bu yerlərdə ekstremofil mikroblar həyat sürürlər.

Tədqiqatın həmmüəllifi, ABŞ-nin Mayami Universitetinin professoru Sem Purkisin fikrincə, “ölüm hövzələri”nin tədqiqi planetimizdə həyatın necə başladığını daha yaxşı anlamağa kömək edə və digər planetlərdə potensial həyatın önünü aça bilər.

Aparıcı nəzəriyyələrdən birinə görə, Yer kürəsində həyat dərin dənizlərdə, demək olar, oksigensiz şəraitdə başlamışdı. Beləliklə, Qırmızı dənizin dibindəki “ölüm hövzələri”nin tədqiqi planetimizdə həyatın ilk dəfə hansı şəraitdə əmələ gəldiyini anlamaq imkanı verir. Purkis həmçinin inanır ki, gələcəkdə “ölüm hövzələri” digər planetlərdə yeni həyat axtarışına kömək edəcək.

Tədqiqat müəllifləri deyirlər ki, bu “ölüm hövzələri”ni unikal edən onların dəniz dibini toxunulmaz qoymasıdır. Bir qayda olaraq, krevetlər, qurdlar və digər xırda canlılar çöküntüləri bulandıraraq dibi qarışdırırlar, amma onlar belə şərtlər daxilində yaşaya bilmirlər, bu da yığılmış çöküntülərin toxunulmaz qalması deməkdir.

Purkis qeyd edir ki, o və həmkarları sunamilər və zəlzələlər haqda daha çox bilgi əldə etmək üçün araşdırmanın nəticələrindən istifadə edirlər. Əslində elm adamları zəlzələ və sunamilərin baş verdiyi bölgədə 1000 ildən çox əvvələ uzanan keçmişdə intensiv yağışların yağdığını üzə çıxarıblar.

Nəticələr göstərir ki, son 1000 ildə güclü yağışlar bölgədə təxminən hər 25 ildən bir böyük daşqınlara səbəb olub, burada isə təxminən hər 100 ildə bir dəfə sunamilər baş verir. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ