Hizbullahın İsrailə hücumu nəticəsində 1 mülki israilli həlak oldu


İsrail ordusu Hizbullahın Livanın cənubundan bu ölkəyə hücumu nəticəsində bir mülki israillinin həlak olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsraildən verilən açıqlamada Hizbullahın gecə saatlarında İsrailin Har Dov bölgəsinə idarə olunan tank əleyhinə raketlə hücum etdiyi bildirilib.

Hücum zamanı bölgədə infrastruktur işləri aparan bir işçinin yaralandığı, xəstəxanaya çatdırılan işçinin xilas ola bilməyəcəyi və həyatını itirdiyi bildirilib.

İsrail müharibə təyyarələri hücuma cavab olaraq Livanın Şeba və Kefr Şuba bölgələrindəki Hizbullah hədəflərini vurduğu qeyd edilib.

Hizbullah tərəfindən verilən açıqlamada İsrail ordusuna aid 2 hərbi maşının İsrailin işğalı altında olan Kefr Şuba təpələrində yerləşən Ruveysat əl-Alem hərbi məntəqəsi yaxınlığında pusquya salındığı, maşınların idarə olunan raket və artilleriya atəşi ilə hədəfə alındığı bildirilib.

iranlıHizbullahın dəstəklədiyi Hizbullahın 8 oktyabr 2023-cü il tarixindən etibarən Livanın cənubundan İsrailin sərhəd bölgələrinə etdiyi hücumlarda həyatını itirən İsrail vətəndaşlarının sayı 8-ə yüksəlib.

Həmçinin münaqişələrdə, 285Hizbullahüzvləri, 56 livanlı mülki vətəndaş, 18 Amal Hərəkatı, 13 Həmas, 12 İslami Cihad üzvü və 12 İsrail əsgəri həlak olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ