Çin Almaniya səfirini Xarici İşlər Nazirliyinə çağırdı


Almaniya Xarici İşlər Nazirliyi Almaniyanın Çindəki səfirinin Çin adına casusluqda şübhəli bilinərək Almaniyada aparılan həbslərdən sonra Çin Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Almaniyada Çin adına casusluqda şübhəli bilinən həbslərdən sonra Çin Almaniyaya cavab verib. Almaniyanın Çindəki səfiri Çin Xarici İşlər Nazirliyinə çağırılıb.

Almaniya Xarici İşlər Nazirliyi, Çinin Almaniyadakı səfirinin Almaniya hökumətinin "Çinin casusluq fəaliyyətləri ilə bağlı davam edən təhqiqatlarla bağlı açıq mövqeyi" barədə məlumat almaq üçün həftənin əvvəlində nazirliyə çağırıldığını bildirib.

Almaniyada son bir həftədə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasından olan Avropa Parlamentinin (AP) deputatı AP-dəki müzakirələrlə bağlı məlumatları Çinə ötürməkdə və çinlilərə casusluq etməkdə günahlandırılıb. Müxalifət , həssas texnologiyaların Çinə hərbi məqsədlə ötürüldüyü ilə əlaqədar ayrı bir iddiada isə 3 adam həbs olundu.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ