FTB: Çinlə əlaqəli hakerlər ABŞ infrastrukturuna hücum edəcək


ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Wray bildirib ki, Çinlə əlaqəli hakerlər ölkəsinin kritik infrastrukturuna hücum etmək üçün gözləyiblər.

Turkustan.az xəbər verir ki, “New York Post” qəzetinin məlumatına görə, ABŞ-ın Vanderbilt Universitetində keçirilən proqramda FTB direktoru Ray çıxış edib.

Wray,çinli hakerlərlə əlaqəli su təmizləyici qurğular, enerji xətləri həyəcan vəziyyətində olduqlarını və ABŞ-ın texnologiya və informasiya texnologiyaları kimi kritik infrastrukturlarına hücum etmək üçün doğru anı gözlədiklərini bildirdi.

FTB və digər federal səlahiyyətlilərin pərdə arxasında bu təhlükəyə qarşı durmağa çalışdığını ifadə edən Wray, Çinin mülki infrastruktura hücum edərək çaxnaşma yaratmaq və insanların iradəsini qırmaq istədiyini müdafiə etdi.

çinABŞSənayedən əqli mülkiyyət, texnologiya və araşdırmaları "oğurlamaq" üçün aqressiv şəkildə çalışdığını iddia edən Wray, bu təhlükənin artıq qapıda olduğunu ifadə edib.

Wray yanvarın 31-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri qarşısında çıxışında da oxşar xəbərdarlıq edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ