ABŞ-ın İsraildəki səfirliyi təhlükəsizliklə bağlı xəbərdarlıq edib


ABŞ-ın İsraildəki səfirliyi İsrailin İrana qarşı qisas alması xəbərindən sonra işçiləri və onların ailələri üçün təhlükəsizlik xəbərdarlığı edib.

Turkustan.az xəbər verir ki, Təhlükəsizlik xəbərdarlığında Səfirlik əməkdaşları və onların ailələri üçün Təl-Əviv, Qərbi Qüds və Beer-Şeba şəhərlərindən başqa ərazilərə şəxsi səfərlərinin məhdudlaşdırıldığı bildirilib.

Bəyanatda bu qərarın İsrailin İrana cavab hücumu həyata keçirməsi ilə bağlı xəbərlərdən sonra "son dərəcə ehtiyatlı" qəbul edildiyi bildirilib .

İran mediası İran Hərbi Hava Qüvvələri bazasının yerləşdiyi İsfahan vilayətinin şimal-şərqində partlayış səslərinin eşidildiyini bildirib.

İsfahan vilayətində baş verən partlayış səslərinin ardınca Tehran, İsfahan və Şirazda və İranın bəzi bölgələrində uçuşların dayandırıldığı bildirilib.

Amerika mediası ABŞ rəsmilərinə əsaslanan xəbərlərində İsrailin İran ərazisinə hücum etdiyini yazıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ