Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son 6 ildə ilk dəfə Yunanıstana səfər edib.
Turkustan.az xəbər verir ki, Ərdoğan Prezident sarayından çıxarkən Yunanıstanın SKAI kanalının İstanbul müxbiri Manolis Kostidis ilə qarşılaşıb və müxbirlə qısa söhbət edib.
Prezident Ərdoğan ona “xoş gəlmisiniz” deyən yunan müxbirə “xoş gördük” cavabını verib və vəziyyətini soruşub.
Daha sonra Ərdoğan gülümsəyərək Kostidisə “İnşallah şad xəbər hazırlayacaqsan” deyib.
Musavat.com