İlin əvvəlindən Rusiyanın ən zəngin milyarderlərinin ümumi sərvəti 38,5 milyard dollar artıb.
Turkustan.az xəbər verir ki, bu il ən çox pul qazanan rusiyalı milyarder “Lukoyl”un ortaq sahibi Vaqit Ələkbərov olub.
Bloomberg Billionaires Index məlumatlarına görə, rus milyarderlərinin səhmlərinin olduğu şirkətlərin səhmlərinin dəyəri artıb.
Rusiya mətbuatında yer alan xəbərlərə görə, 25-i rus olan dünyanın ən zəngin 500 adamı Bloomberg Milyarderlər İndeksinə daxil edilib.
Rusiyalı oliqarxların ümumi sərvətinin dekabrın 1-nə 316,82 milyard dollar olduğu təxmin edilir.
Ən zəngin rus milyarderi Norilsk Nikelin əsas sahiblərindən biri olan Vladimir Potanin oldu. İlin əvvəlindən onun sərvəti 2,11 milyard dollar artaraq 30,7 milyard dollara çatıb.
İkinci yerdə “Novatek”in həmsahibi Leonid Mihelson qərarlaşıb. Onun sərvəti 2,71 milyard dollar artaraq 27,3 milyard dollara çatıb.
Vahid Ələkbərov bir il ərzində sərvətini 9,14 milyard dollar artıraraq 24,5 milyard dollara çatdırıb və siyahıda üçüncü yeri tutub.
Dördüncü yerdə sərvəti 3,07 milyard dollar artaraq 22,9 milyard dollara çatan NLMK şirkətinin sahibi Vladimir Lisin, beşinci yerdə isə Əlişir Usmanov (“Metalloinvest” və “Megafon”) qərarlaşıb. Usmanovun sərvəti 1,87 milyard dollar artaraq 20,3 milyard dollar olub.
Altıncı yerdə "Severstal"ın hüquq sahibi Aleksey Mordaşov qərarlaşıb. Onun sərvəti də 618 milyon dollar artaraq 19,3 milyard dollara çatıb.
Yeddinci yerdə Eurochem və SUEK-in keçmiş üzvü Andrey Melniçenko qərarlaşıb. Onun sərvəti 4,03 milyard dollar artaraq 17,2 milyard dollara çatıb, Mixail Proxorov (Oneksim) isə doqquzuncu yerdən səkkizinci yerə yüksəlib. Proxonovun sərvəti ilin əvvəlindən 1,81 milyard dollar artaraq 15 milyard dollara çatıb.
“Novatek” və “Sibur” şirkətlərinin ortaq sahibi Gennadi Timçenko 9-cu yerə düşüb, lakin ilin əvvəlindən 2,69 milyard dollar artaraq, ümumilikdə 14,5 milyard dollara çatıb.
Onuncu yerdə Alfa Group-un yaradıcısı Mikayıl Fridmandır. Onun sərvəti 652 milyon dollar artaraq 12 milyard dollara çatıb.
Sanksiyalara görə ən çox sərvətini itirən Polyusun keçmiş ortağı Süleyman Kərimov olub. Onun sərvəti ilin əvvəlindən 650 milyon dollar azalaraq 8,34 milyard dollara düşüb.
Swiss Bank UBS-in hesabatına görə, 2022-ci ilin aprelindən bu ilin aprelinə qədər dünyada milyarderlərin sayı 7 faiz artaraq 2 min 376 nəfərdən 2 min 544 nəfərə yüksəlib. Onların ümumi sərvəti 9 faiz artaraq 12 trilyon dollara çatıb.
Eltac/Turkustan.az