İsraillə toqquşmalarda Hizbullahın daha 2 üzvü öldü


Hizbullah Hərəkatı İsrail-Livan sərhədində baş verən qarşıdurmalarda daha 2 üzvünün öldüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, Hizbullah İsraillə toqquşmalarla bağlı açıqlama verib.

Açıqlamada onun iki üzvü Hıdır Səlim Abud və Veci Şahadenin Qüds yolunda həyatını itirdiyi bildirilib.

Oktyabrın 8-dən İsrail ordusu ilə toqquşmalarda həlak olan Hizbullah üzvlərinin sayı 89-a yüksəlib. İsrail bu toqquşmalarda 6 əsgərinin öldüyünü açıqlayıb.

Bundan əlavə, Livanda 22, İsraildə isə 4 mülki vətəndaş qarşıdurmalarda həyatını itirib.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ