Vermontdan olan ABŞ senatoru Bernie Sanders, "İsrailin Qəzzaya hücumlarını bərpa etməsinin qəbuledilməz olduğunu" bildirib.
Turkustan.az xəbər verir ki, Sanders X sosial şəbəkə platformasındakı paylaşımında İsrailin baş naziri Benyamin Netanyahunu münaqişədə “humanitar fasiləni” uzatmağa çağırıb.
Sanders yazısında, "Netanyahunun Qəzzaya hücumlarını yenidən başlatması qəbuledilməzdir. Hazırda Qəzzanın cənubunda 2 milyon insan yaşayır. Onların bir çoxu əvvəllər şimaldakı qarşıdurmadan qaçıb" dedi.
Senator Sanders qeyd edib ki, Qəzzaya daha çox humanitar yardımın daxil olması və daha çox əsiri azad etmək üçün “humanitar fasilə” uzadılmalıdır.
Bundan əlavə Sanders, ABŞ-ın İsrailə demək olar ki, heç bir şərt olmadan hər il 3,8 milyard dollar yardım etdiyini, lakin prezident Co Baydenin Konqresdən əlavə 14,3 milyard dollar istədiyinə diqqət çəkərək, “Bu boş yoxlama yanaşmasına son qoyulmalıdır” dedi.
Eltac/Turkustan.az