Dünən Qəzzada atəşkəs başa çatsa da, hava zərbələri ilə bölgədə yenidən qarşıdurmalar başlayıb. İsrailin cənuba dönməsi gözlənilən bu addımının bölgədəki humanitar vəziyyəti xeyli çətinləşdirəcəyi bildirilir.
Turkustan.az xəbər verir ki, İsrail rəsmiləri bəyan ediblər ki, baş nazir Benyamin Netanyahunun göstərişi ilə İsrailin yüksək səviyyəli casusluq agentlikləri HƏMAS liderlərini təqib edir. Səlahiyyətlilər xüsusilə HƏMAS lideri Xalid Məşəlin və xaricdə yaşayan Həmas liderlərinin öldürülməsi üçün kampaniyanın başladığına diqqət çəkib. Noyabrın 22-də çıxış edən Netanyahu, “Mən Mossad-a HƏMAS liderləri harada olurlarsa olsunlar, onlara qarşı tədbir görməyi tapşırmışam” deyib. WSJ xaricdə əməliyyatların beynəlxalq hüququ pozma ehtimalına diqqət çəkərkən, xəbərdə İsrail kəşfiyyatının dünya üzrə sui-qəsdlərdə böyük təcrübəyə malik olduğuna diqqət çəkilib.
Eltac/Turkustan.az