İranın Ədən körfəzi və Oman dənizində pilotsuz uçuş aparatları (PUA) ilə ABŞ-ın “Eisenhover” təyyarədaşıyan gəmisini izlədiyini göstərən görüntülər yayımlanıb.
Turkustan.az xəbər verir ki, İranın rəsmi agentliyi İRNA hadisəyə aid olduğu iddia edilən görüntüləri paylaşıb.
Xəbərdə İran Hərbi Dəniz Qüvvələrinin Ədən körfəzi və Oman dənizində pilotsuz uçuş aparatları ilə ABŞ-ın “Eisenhower” təyyarədaşıyan gəmisini təsbit edib izlədiyi bildirilib.
Paylaşılan görüntülərdə bir təyyarə gəmisi və onu müşayiət edən freqatın irəlilədiyi görünərkən, tarixin 26 noyabr, saatın isə 09.18 olması diqqət çəkib.
Eltac/Turkustan.az