"Mossad": SEPAH komandirləri Xameneini qərar qəbul etmək səlahiyyətlərindən kənarlaşdırıblar


İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) iki yüksəkrütbəli komandiri - Məhəmməd Hicazi və Məhəmməd Pakpur İranın Ali Lideri Əli Xameneini qərar qəbul etmək səlahiyyətlərindən faktiki olaraq kənarlaşdırıblar və hazırda onlar müstəqil fəaliyyət göstərirlər.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, "X" sosial şəbəkəsində İsrailin "Mossad" kəşfiyyat xidmətinə aid edilən rəsmi hesabda belə deyilir.

Bildirilir ki, onlar ali dini liderlə danışıqları faydasız hesab edirlər və dövləti idarə etmək üçün alternativ direktorlar şurası yaradıblar.

Komandirlərə aşağıdakı sözlər aid edilir: "Hər şey əladır - hava hücumundan müdafiə sistemləri yerindədir, raket qurğuları hazırdır". Halbuki məlumatlara görə, "İran səması açıq və müdafiəsizdir".

Sarkazmlı müraciətin sonunda deyilir: "Yuxulayan cənabın diqqətinə!" /oxu.az/


MANŞET XƏBƏRLƏRİ