İran: ABŞ-ın nüvə sınaqları ciddi təhlükədir


İranın xarici işlər naziri Abbas Erakçi ABŞ-ın nüvə silahı sınaqlarına başlamaq qərarının “beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid” olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Erakçi ABŞ prezidentinin nüvə silahı sınaqlarına başlamaq əmrini əsl təhlükə hesab edib.

Erakçi X sosial media hesabında yazıb ki, ABŞ administrasiyasını “nüvə silahlı tiran” kimi xarakterizə edir və eyni administrasiyanın İranın sülh məqsədli nüvə proqramını şeytanlaşdırdığını bildirib. O, həmçinin ABŞ-ı “beynəlxalq hüququ açıq şəkildə pozaraq təhlükəsiz nüvə obyektlərimizə növbəti hücumlarla hədələməkdə” günahlandırıb.

Erakçi paylaşımında əlavə edib: “ABŞ prezidenti Donald Trampın Pentaqona nüvə silahı sınaqlarına dərhal başlamaq əmrinə reaksiya olaraq bu addımı sərt qınayırıq.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ