ABŞ-da helikopter qəzası: Ölənlər var


ABŞ-da təlim zamanı helikopter qəzaya uğrayıb.

Turkustan.az xəbər verir ki, ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığı verdiyi açıqlamada, MH-60 Black Hawk tipli helikopterin sentyabrın 17-də Vaşinqton ştatında yerləşən Lewis-McChord Birgə Bazasının qərbində keçirilən adi təlim uçuşu zamanı qəzaya uğradığı bildirilib.

Qəza nəticəsində vertolyotda olan 4 əsgərin həyatını itirdiyi açıqlanıb. Həlak olan hərbçilərin ABŞ Ordusunun 160-cı Xüsusi Hərəkat Aviasiya Alayına (Night Stalkers) bağlı olduğu qeyd olunub.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb, qəzanın dəqiq səbəbi hələlik müəyyən edilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ