Formula 2-də sprint yarışının qalibləri məlum oldu


Bakıda keçirlən Formula 1 Azərbaycan Qran-Prisinin Formula 2 üzrə sprint yarışı başa çatıb.

Turkustan.az xəbər verir ki, “Hitech TGR” komandasının isveçli pilotu Dino Beqanoviç sprint yarışında qalib olub.

“Hitech TGR”nin britaniyalı üzvü Luk Brouninq ikinci, “Rodin Motorsport” komandasından irlandiyalı Aleks Dann üçüncü yeri tutub.

Bu gün saat 16:00-da isə Formula 1 üzrə sıralama turu keçiriləcək və sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.


MANŞET XƏBƏRLƏRİ