ABŞ-ın 46-cı prezidenti Co Bayden digər keçmiş həmkarlarından daha az qazanır.
Turkustan.az xəbər verir ki, "The Wall Street Journal"a (WSJ) görə, Bayden yaşının çoxluğu, səhhətinin pis olması və populyar olmaması səbəbindən nadir hallarda çıxış etməyə və ya tədbirlərdə iştirak etməyə dəvət olunur.
Nəşrin yazdığına görə, Co Baydenə müşayiət edən şəxslər üçün nəqliyyat və yaşayış da daxil olmaqla orta hesabla təxminən 300.000 dollar təklif olunur. Bu, oxşar vəziyyətlərdə olan digər keçmiş prezidentlərin aldığından qat-qat azdır.
Bayden həmçinin federal hökumətdən ildə 416 min dollar məbləğində ödənişlər alır. Bundan əlavə, o, hazırda üzərində işlədiyi xatirələri dərc etmək üçün nəşr hüquqlarını "Hachette's Little, Brown & Co"ya satıb. Bu, ona 10 milyon dollar qazandırıb. Müqayisə üçün deyək ki, Barak və Mişel Obamaların xatirələri üçün 60 milyon dollar təklif edilmişdi.
WSJ mənbələrinin qeyd etdiyi kimi, keçmiş prezidentin 800 min dollar məbləğində borcunun olduğunu nəzərə alsaq, bütün bu gəlirlər Bayden ailəsinə "yalnız təvazökarlıqla" yaşamağa imkan verir. Bundan əlavə, Co Baydenin xərçəng müalicəsi əhəmiyyətli vəsait tələb edir. Nəşr həmçinin yazır ki, o, övladlarına, xüsusən də keçmiş həyat yoldaşına hələ aliment ödəyə bilməyən və artıq 3 milyon dollardan çox borcu olan Hunter Baydenə maddi yardım etmək istəyir. Buna görə də, Bayden qənaət edir və məsələn, şəxsi təyyarələrdə deyil, birinci sinifdə uçur və ya qatarlardan istifadə edir. /Qaynarinfo/