ABŞ prezidenti Donald Tramp paytaxt Vaşinqtonda cinayət nisbətlərinin demək olar ki, sıfıra düşdüyünü və indi buranın cinayətdən azad zona olduğunu iddia edib.
Turkustan.az xəbər verir ki, Tramp ABŞ-da yerləşən sosial media platforması Truth Social hesabında Vaşinqtonda cinayət nisbətləri ilə bağlı açıqlama verib.
Vaşinqtonda cinayət nisbətlərinin demək olar ki, sıfıra düşdüyünü bildirən Tramp bu şəhəri “cinayətdən azad zona” olaraq xarakterizə edib.
"Eyni şeyi Çikaqo, Los-Anceles, Nyu-York və hətta cinayətin tüğyan etdiyi Baltimor üçün də söyləmək gözəl olmazdımı?"- deyə, Tramp öz postunda soruşub.
Aytən Yaşar/ Turkustan.az