Ursula fon der Leyenin təyyarəsinə GPS müdaxiləsi edilib.
Turkustan.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Bolqarıstana səfəri zamanı istifadə etdiyi təyyarənin GPS siqnalının kəsilməsi ilə bağlı insident baş verib. Hadisənin məqsədli elektron siqnal müdaxiləsi nəticəsində baş verdiyi ehtimal olunur.
Avropa Komissiyasının sözçüsü Arianna Podesta Anadolu Agentliyinə verdiyi açıqlamada bildirib ki, fon der Leyenin təyyarəsi Bolqarıstandakı hava limanına yaxınlaşarkən GPS siqnalını itirib.
Hadisəyə baxmayaraq, təyyarə təhlükəsiz şəkildə eniş edib. Bolqarıstan rəsmiləri insidentin arxasında Rusiyanın dayanmasından şübhələndiklərini açıqlayıblar.
Aytən Yaşar/ Turkustan.az