“Biz danışıqlara hazırıq” - Rusiyadan "S-400"-lərlə bağlı Türkiyəyə yeni təklif


Rusiya Türkiyəyə ötən illərdə təhvil verilmiş S-400 hava hücumundan müdafiə sistemlərinin texniki xidmət müddətinin çatdığını açıqlayıb

Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitriy Şuqayev Çində jurnalistlərə verdiyi açıqlamada bunlarıd deyib:“Türkiyə ilə S-400 mövzusunda uzun illərə dayanan əməkdaşlığımız var. Bu sistemlərin artıq baxıma ehtiyacı var. Müəyyən müddət keçdiyini nəzərə alaraq mövcud komplekslərin hərtərəfli texniki xidmətini təklif edirik”.

Şuqayev qeyd edib ki, S-400-lərin düzgün şəraitdə saxlanılması təkcə texniki məsələ deyil, həm də strateji zərurətdir.

O, həmçinin vurğulayıb ki, Moskva ilə Ankara arasında hərbi-texniki əməkdaşlıqda heç bir məhdudiyyət yoxdur: “Sadəcə hava hücumundan müdafiə sahəsində deyil, digər bütün istiqamətlərdə də Türkiyəli tərəfdaşlarımızla danışıqlara hazırıq”.

Xatırladaq ki, Türkiyə Rusiyadan ümumilikdə 2,5 milyard dollar dəyərində dörd "S-400" batareyası alıb. Komplekslərin təhvil verilməsi 2019-cu ilin sonuna qədər başa çatdırılıb. 2020-ci ilin sonunda isə Türkiyə sistemlərin sınaqlarını uğurla həyata keçirib.

Bundan əlavə, Rusiya prezidenti Vladimir Putin də açıqlama verərək, Türkiyənin Ukrayna böhranının həllində xüsusi rol oynamağa davam edəcəyinə inandığını bildirib.

"AzPolitika.info"


MANŞET XƏBƏRLƏRİ