“Ukrayna Prezidenti Volodimir Zelenskinin üzərində 1991-ci il Ukrayna xəritəsi olan naxışlı qara köynəkdə görünməsi simvolikdir”.
Turkustan.az xəbər verir ki, bunu Rusiya İctimai Palatasının sədri Vladimir Roqov deyib.
O, naxışlı köynəyi “dəfn köynəyi” ilə müqayisə edib və çıxışında Ukraynanın işğalına görə Zelenskini ittiham edib.
Qeyd edək ki, Zelenski Ukraynanın Müstəqillik Günü ilə bağlı videomüraciətində üzərində Ukrayna bütün ərazilərinin yer aldığı xəritə olan naxışlı köynək geyinib./Globalinfo.az